Haqqımızda

Qrupumuz

"Ten Years Later" qrupu 2019-cu ildə yaranıb. Qrup iki iştirakçıdan ibarətdir: Lulu Zed (solist) və Seymur Əliyev (baraban). Lulu və Seymur öz mahnılarını müxtəlif janrlarda (alternativ, indie, pop rok və s.) bəstələyir və ifa edirlər.

«"Ten Years Later" qrupunun adı aramızdakı olan 10 yaş fərqindən götürülmüşdür. Bu yaş fərqi zəmanənin dünyagörüşü və baxışlarında dəyişiklikləri əks edir. Biz 10 il ərzində həyatın nə qədər dəyişə biləcəyini göstərmək istəyirik. Ümid edirik ki, hər kəs bizim mahnılarımızda özlərinə məxsus bir anlam tapa biləcəklər»

Bizə müraciət edin!

"Ten Years Later" korporativ tədbirlərdə, konsertlərdə, xeyriyyə tədbirlərində, TV və Radio proqramlarda və s. öz orijinal mahnılarını və dünya kaverlərini ifa edirlər.

Qrupu öz tədbiriniz üçün sifariş etmək istəyirsinizsə, aşağıdakı linkə keçid alaraq menecerimizlə əlaqə saxlayın!